Yardımlı rayon Bozayran kənd sakini Əmək veteranı, 2-ci qrup əlil, yataq xəstəsi oıan, 87yaşlı ana Bədirova Gültamam Zərbi qızı yaşayış şəraiti ilə ölkə rəhbərliyinə və əlaqədar təşkilatlara müraciət edib.
Surəti media orqanlarına göndərilən müraciətdə bildirilir ki, G.Bədirovanın yaşadığı 3 otaqlı ev tamamilə qəzalı vəziyyətdə və yaşamaq üçün yararsızdır: “Evin arxasından vəiçərisindən bir neçə yerdən vurulmuş dayaqların da evin aşmaması və uçmamasına heç bir köməyi və əhəmiyyəti yoxdur. Son zamanlar tez-tez baş verən yeraltı təkanlar və zəlzələlər evdə yaşamağımızın ciddi təhlükəli olmasını yaratmışdır”.
Vətəndaş bildirir ki, 2024-cü ilin may ayının 11- də 6 bala yaxın 5,3 bal gücündə baş vermiş güclü yeraltı təkanlar və zəlzələlər nəticəsində ev tam yararsız vəziyyətə düşüb: “Həmin evdə mən, oğlum, gəlinin və bir az yaşlı nəvəm yaşayır. Qorxumuzdan axşamlar gəlinimin atası evində yaşayırıq. Bizim ev tikmək imkanımızda yoxdur. Ailəmiz yalnız mənim aldığım pensiya ilə yaşayır”.
Zəlzələ evi yararsız edib, icra hakimiyyəti rəy verib
Məlum zəlzələdən bir qədər sonta 9 iyun 2024-cü il tarixdə Rayon İcra Hakimiyyəti başçısının I müavini, Rayon Fövqalədə Hallar Komissiyasının sədri Azər Xamiyevin başçılığı ilə mütəxəssislərlə evə baxış keçmiş və mütəxəssislər tərtib etdiyi aktda göstərmişlər həqiqətən ev yararsız haldadır və orada yaşamaq təhlükəlidir. Bu akta əsasən Fövqalədə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin sədri Cəbrayıl Xanlarova İcra hakimiyyəti adından məktub ünvanlanıb. Halbu ki, tərtib edilən akt və müvafiq sənədlər birbaşa Fövqalədə Hallar Nazirinə göndərilməliydi. Sizə ünvanlamalı idi. Çünkü belə məsələləri Agentlik yox, nazir özü həll edir. Maraqlıdır ki, Rayon İcra Hakimiyyəti başçısının I müavini, Rayon Fövqalədə Hallar Komissiyasının sədri Azər Xamiyev bildirib ki, “biz qorxuruq bir başa nazirə məktub yaza bilmərik”. Əgər icra hakimiyyəti vətəndaşın həyatının təhlükədə olması ilə bağlı hər hansı bir problemini yuxarı orqanlara çatdıra bilmirsə niyə oturub o vəzifədə. Həmçinin Azər Xamiyev tərəfindən Cəbrayıl Xanlarova ünvanladığı məktubu o müavini Elxan Əsədova yönləndirib.
Fövqalədə Hallar Nazirliyinin müəmmalı cavabı
Elxan Əsədov isə cavab məktubunda göstərir ki Sizin şikayət ərizənizə 20 iyun 2024 cü ildə Agentlikdə baxılmışdır. Amma vətəndaşa cavabı 1 il əvvəlcədən 15.07.2023 cü il tarixdə ünvanlanıb. Görünür Elxan Əsədov uzangörən baxıcıdır. Yəni onun kompüterində 2023 cü il tarixdən qalan nümunə var sadəcə eyni məzmunlu cavablar olduğu üçün o məktubda sadəcə vətəndaşın soyadını adını atasının adını dəyişməklə cavab göndərirlər. Həm də Elxan Əsədovun sora cavab məktubunda göstərilir ki, Nazirlik və onun qurumu olan Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi kütləvi xarakterli fövqalədə hal baş verdikdə yalnız yuxarı mərkəzi icra hakimiyyəti orqanının tapşırıqları əsasında bu istiqamətdə tədbirlər həyata keçirə bilər. Görəsən Əsədov yuxarı icra orqanı dedikdə nə nəzərdə tutur? Elxan Əsədov məktubda onu da qeyd edir ki, Mənzil Məcəlləsinin 28-ci maddəsinə uyğun olaraq təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşmüş mənzilin və ya fərdi yaşayış evinin təmir və bərpa edilməsi mülkiyyətçi tərəfindən həyata keçirilməlidir. İndiki halda da ev vətəndaşdann asılı olmayan səbəbdən zəlzələ nətiucəsində qəzalı vəziyyətə düşüb. Elxan Əsədov nəyi dəqiqləşdirmək istəyirsə Allahla dəqiqləşdirsin, soruşsun niyə zəlzələ etdin və Yardımlıda bir imkansız ailənın evini niyə bu vəziyyətə saldın.
Evi başına uçan Ana qəhramanlar böyüdüb
Onu da bildirək ki, bu gün adi insan yaşayışına yararsız hala düşən bu evdə dövlət və vətən qarşısında xidmətləri olan oğullar böyüyüb. Gültamam ananın böyük oğlu hərbiçi olub 13 ildir Xəstəliklə əlaqədar ehtiyyatda olan zabitdir. O, Birinci Qarabağ müharibəsi iştirakçısı 2-ci qrup hərbi əlildir, 1991-1992-ci illərdə Şuşa və Daşaltı döyüşlərində iştirak etmişdir. Dövlət qarşısındakı xidmətlərinə görə Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən təltiflənmişdir. Bu gün təhlükə altında yaşayan xanım həm də qəhrəman nənəsidir. Bu evdə böyüyən nəvəsi Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Xocəvəndin Şuşanın və Cəbrailin işğaldan azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Döyüşdə fərqləndiyi və göstərdiyi şücayətə görə ona döyüş zamanı baş leytenant hərbi rütbəsi verilmişdir. 19-20 sentyabr 2023-cü il tarixdə AR Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı ilk strateji yüksəkliyin əldə edilməsində komandir kimi döyüşü həyata keçirən kapitan rütbəli nəvənin nənəsi indi bir məmur laqeydliyi ilə üz-üzə qalıb.
Pənah yeri Prezidentdir
Qəhrəmanlar böyüdən, bu gün isə evi başına uçmaq təhlükəsi ilə üz-üzə qalan Ana kömək üçün prezidentə üz tutub: “Ailəmizin dövlət qarşısındakı xidmətlərini həmin evdə 2 nəfər müharibə iştirakçısı və qazinin doğulduğu evdəgələcəkdə baş verəcək hər hansı bədbəxt hadisənin və təhlükənin qarşısını vaxtında almaq məqsədilə aidiyyatı üzrə göstəriş verməyinizi Sizdən xahiş edirəm”.cumhuriyyet.az











Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Trampa Əliyevdən donos yazan tanınmış azərbaycanlı…
Həkimlər Sənan Mehdiyevin həbsinə etiraz edir: “Biz qatil deyilik...”
Tovuzun İcra Başçısı Məmməd Məmmədovun PLANI: İki kəndi bir-birinə DÜŞMƏN ETDİ
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində bitməyən macəralar -VİDEO
Paşinyanın saxta Avropası: ümidsiz millətə tamaşa
Ölkədə bir daha seçkilərin keçirilməyəcəyini açıqladı
Argentina çempion kimi qarşılandı - Video
Azərbaycan və Almaniya prezidentləri geniş tərkibdə görüşdü - Fotolar
Məşhur şirkətin Bəhreyndəki data-mərkəzi vuruldu
“Azeri Light” bahalaşdı
Prezident Britaniyanın yeni Baş nazirini təbrik etdi
ABŞ-nin İrana zərbələri başa çatdı - Yenilənib
“Birlik” Karate Klubunun üzvləri “Olimpiya Ümidləri” beynəlxalq turnirində uğurla çıxış etdi - Fotolar
Suriyadan 16 nəfər Azərbaycan vətəndaşı ölkəyə repatriasiya olunub
HƏMAS-ın yeni lideri o oldu
Xəzərdə neft tankeri vuruldu
İordaniyada ABŞ hərbi təyyarələrinə raketlərlə hücum
Bu Tədbirlər Planı təsdiqləndi
İlham Əliyevdən İspaniyaya qələbə təbriki
Qara dənizdə Türkiyəyə də məxsus gəmi vurulub - 10 ölü
Ötən həftə 15-i azyaşlı olmaqla 55 nəfər xilas edilib
Hörmüz boğazında iki neft tankeri partlayıb
İrana qarşı növbəti hava zərbələri başa çatdı
İspaniya dünya çempionudur! - Video-Yenilənib
Rusiya ordusu Xarkovu vurdu - 4 ölü, 20 yaralı var
Konqoda Ebola qurbanlarının sayı 900-ə çatdı
44 günlük Müharibə qəhrəmanı 44 yaşında
Trampdan müsahibə almışdı, indi ona rəqib olur - Foto
“Azərsilah”ın poliqonunda yanğın oldu
Vurulan gəminin kapitanı dəfn edildi - Fotolar
İranda güclü zəlzələ oldu
İspaniya, yoxsa Argentina? - Dünya çempionu bu gecə bəlli olacaq
Ukraynadakı səfirliyimizə yaxın ərazilər vuruldu - Fotolar
Hindistan özəl orbital raketini orbitə çıxardı - İlk dəfə
Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto
Paşinyanın müavininin də iştirak etdiyi tədbirdə əksər qonaqlar zəhərlənib
Tramp onun taktikasını tənqid etdiTramp onun taktikasını tənqid etdi
“Mənə göstərilən diqqət və dəstəyə görə Mehriban xanıma təşəkkürümü bildirirəm”
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Bakıda xəstəxanaların həyətindən - Xoşagəlməz görüntülər
“Azeri Light”ın qiyməti 90 dollara yaxınlaşır
Moskvaya dron hücumu - 26 yaralı
Ərinin qəribə vərdişini paylaşdı - Video
Dünya çempionu ABŞ-yə buraxılmır - Trampdan kömək istədi
Zəlzələ qurbanlarının sayı 5 mini ötdü
5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək - Fotolar
SEPAH-dan ABŞ və Yaxın Şərq ölkələrinə SƏRT XƏBƏRDARLIQ
Rusiya ilə bir sıra istiqamətlərdə birbaşa reyslər bərpa edilə bilər
Türkiyədə Trampa sui-qəsd hazırlandığına dair araşdırmanın - Nəticəsi
Eks-bələdiyyə sədri 100 min manata yaxın zərər vurmaqda ittiham olunur
Eynicinsli nikahlara icazə vermədi
Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib
Neftimiz bir az da bahalaşdı
ABŞ İranı, İran isə qonşu ölkələri vurdu
Azərbaycan UEFA reytinqində ilk pillədə
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sağlamlıq mərkəzləri ilə tanışlıq olub
Bütün nadir xəstəliklər üçün universal dərman hazırlanıb – Elmi ARAŞDIRMA
İlber Ortaylının qızı atasının əşyalarını satışa çıxardı - Fotolar
Haluk Leventin dərnəyi ilə bağlı saxlanılanların sayı 22-yə çatdı
Rafael Ağayevə ağır itki
Bir ildə 22 kilo arıqladı - Fotolar
DÇ finalında ilk dəfə fasilə şousu olacaq - Ulduzlar səhnəyə çıxacaq