Masallı dövlət qurumunda KÜTLƏVİ İXTİSAR-ŞİKAYƏT

29-04-2025, 12:42 462 dəfə baxılıb

 

Masallı rayonunda bir qrup vətəndaş işdən çıxarılmalarına etiraz edir.

 Yenisirvanli.İnfo.Az İTV-yə istinadən xəbər verir ki, şikayətçilərin sözlərinə görə, onların işlədikləri Lənkəran Rayon Qaz İstismarı İdarəsinin Masallı rayon xidmət sahəsi tərəfindən heç bir xəbərdarlıq edilmədən əmək müqavilələrinə xitam verilib və onlara heç bir kompensasiya ödənilməyib.

Şikayətçilər bildiriblər ki, bu sahədə 9 ildir çalışıblar və fəaliyyətlərində hər hansı nöqsan olmayıb.

Məsələ ilə bağlı Lənkəran Regional Qaz İdarəsinin Masallı rayon xidmət sahəsindən bildirilib ki, şikayət edən şəxslər onların deyil, DOST Mərkəzinin işçiləridir.

Qurumdan verilən məlumata görə, qeyd olunan şikayətlər araşdırılıb və əməkdaşların xəbərdarlıq edilmədən işdən çıxarılması ilə bağlı iddialar əsassız hesab edilib.

Ətraflı süjetdə:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031