Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 9-11 ilə Nizami küçəsi, ev 4 ünvanlarının kəsişməsində yerləşən “Pilot Residence” kooperativi ilə sakinləri arasında qalmaqal bitmək bilmir. Binanın layihə üzrə işlərini tamamlamayan MTK rəhbərliyi hər dəfə qanunsuz əməlləri ilə sakinlərin haqlı şikayətlərinə səbəb olur. Hazırkı vəziyyət isə daha kəskin xarakter alıb. İllərdir başlarına gələn bəladan xilas ola bilməyən sakinlər bununla bağlı media vasitəsilə ictimaiyyətə və əlaqədar qurumlara növbəti dəfə məlumat veriblər.
Daha öncə də bildirdiyimiz kimi, Səbail Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi binanın həyətində qanunsuz tikililərin sökülməsi, qanunsuz hərəkətlərin dayandırılması və sakinlərə qarşı törədilən qanunsuz manelərin aradan qaldırılması barədə bina yaşayışçılarının xeyrinə qərarlar çıxarmasına baxmayaraq, Ali Məhkəmənin hakimi Babayev Zəki Baba oğlu bu işi guya bəzi araşdırma və dəqiqləşdirmələrə zərurət yaranması səbəbindən geri qaytarıb. Bu da sakinlərin ciddi narazılığı ilə qarşılanıb. Çünki bu addım MTK rəhbərliyinin sakinlərə qarşı əl-qolunu açıb. Görəsən, Ali Məhkəmə hakimi dəlil olaraq, hansı araşdırmalara əsaslanıb? Söhbət bundan gedir ki, MTK-nın təsisçisi Babək İsmayılov həyəti bərpa etmək və layihəni sona çatdırmaq bəhanəsi ilə qonşu “Caspian” MTK-nın müvafiq dövlət qurumunda təsdiqi olmayan “layihəsi” çərçivəsində avtomobil dayanacağına yol açmaq üçün təhvil verilən “Pilot Residence” yaşayış kompleksinin binasının 1-ci blokunun yaxınlığında qanunsuz qazıntı işləri aparmaqla yeraltı keçid inşa etmək üçün əlavə giriş düzəltmək istəyir. Bununla da o, daha çox nəqliyyat vasitəsinin parklanması üçün yerlər əldə edib qazancını artırmaq arzusundadır. Sakinlərdən xəbər tutduq ki, hazırda fəaliyyətdə olan yeraltı qarajın bir hissəsi Babək İsmayılovun qeyri-rəsmi “rent-a-car” biznesinə xidmət edir. Hər iki MTK layihələrinin pilot olması səbəbindən işlərin Səbail RİH-in rəyinin olduğu halda həyata keçirilməsi mümkündür. Söhbət qanunazidd olmayan və 2017-ci ildə təsdiqlənən layihə əsasında fəaliyyətlərdən gedir. Hazırda “Caspian” MTK FHN-nin Dövlət Ekspertiza Baş İdarəsi (DEBİ) tərəfindən verilən rəy və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (TTNDA) təsdiqi olmadan ona istinad etdikləri yeganə sənəddir. Bu isə 2023-cü il tarixində qüvvədən düşüb. Bir sözlə, “Caspian” MTK-nın layihəsinin sənədləşdirilməsi üçün nəinki DEBİ-nin təsdiqi tələb olunur, həmçinin TTNDA-nın da təsdiqi zəruridir. Odur ki, mövcud qanunvericiliyə əsaslanaraq aidiyyəti dövlət qurumları – Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, FHN, Səbail RİH məsuliyyəti üzərinə götürməkdən imtina edirlər.
Bunun ardınca, “Pilot Residence” MTK da fürsətdən istifadə edib, hər addıma əl ataraq yalanlar, bəzən isə hədə-qorxu ilə sakinlərdən imza toplamağa başlayıblar. Sakinlər əminliyini bildirir ki, MTK rəhbərliyinin bu qanunsuz niyyəti də baş tutmayacaq. Şikayətçilərin haqlı tələbi budur ki, qonşuluqdakı “Caspian” MTK öz binasının infrastruktur, o cümlədən qarajlarını sırf özünə aid olan hissədə qanunamüvafiq şəkildə tamamlasın.
Bugünədək sonsuz sayda vədlər verən MTK sahibi indi də iddia edir ki, 2-3 ay müddətində həyəti bərpa edib layihəni sona çatdırdıqdan sonra guya ki, binaya xidmət etməkdən imtina edəcək, işləri sakinlərin ixtiyarına buraxacaq. Lakin bu vədlərə artıq kimsə inanmır. Mənzil Məcəlləsinə əsasən, yaşayış binası dövlət qeydiyyatından keçdiyi andan sakinlər mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti təsis etməklə hüquqi şəxs qismində idarəçiliyi ələ ala bilərlər.
Bütün yuxarıda deyilənlər təqdim olunan videolarda da öz əksini tapır. Buradan göründüyü kimi hazırda binanın 2-ci mərtəbəsində tibbi xidmətlərə aid olan lisenziyasız özəl şirkət fəaliyyət göstərir. Və bir neçə aydır ki, sözügedən şirkət qanunsuz olaraq sakinlərin ümumi istifadəsində olan liftdən yararlanır. Məsələ sakinlər tərəfindən qaldırılandan sonra həmin özəl şirkətə 3 həftədən çox müddətə ayrıca giriş pilləkəni düzəldə bilməyən MTK rəhbərliyinin 3 ay möhlətə dediyi layihə üzrə işləri tamamlayaraq başa çatdıracağı mümkünsüzdür.
Haqqında bəhs olunan qanunsuzluqları, MTK tərəfindən yaradılan süni çətinlikləri nəzərə alaraq, bəzi sakinlər binanın aylıq xidmət haqqının ödənilməsini dayandırmışdılar. Bununla yanaşı, baxmayaraq ki, bütün sakinlər ayrı-ayrılıqda kommunal xidmətlərdən (su, işıq, qaz) istifadəyə görə mütəmadi olaraq ödənişlər edirlər, MTK işçiləri binanın aylıq xidmət haqqını ödəməyən sakinlərin su xəttini özbaşına kəsmişdilər. Lakin “Azərsu” ASC tərəfindən MTK-ya ciddi xəbərdarlıq edilərək, dərhal sakinlərin su xəttinin bərpası tələbi qoyuldu və suyun verilişi bərpa edildi. Bu və ya digər hallar MTK-nın sırf qazanmaq niyyətinin ön planda olduğunu təsdiq edir və hədəfinə çatmaq üçün ağlasığmaz, qanunsuz hərəkətlərə gedir.
Sakinlər də bildirir ki, mövcud qanunvericiliyə əsasən, layihə aidiyyəti qurumlarda təsdiqləndikdən sonra reallaşdırılmalıdır. MTK isə öz qanunsuz niyyətlərini həyata keçirmək üçün bütün mümkün variantlardan istifadə etməklə günümüzədək məhkəmə mübahisəsini uzadır. Sakinlər əminliyini bildirir ki, qanunsuz və layihədənkənar istənilən addımların qarşısını almaq üçün ölkə başçısı cənab İlham Əliyevə, ölkənin Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya və aidiyyəti dövlət qurumlarına üz tutaraq qanuni və ədalətli mübarizələrindən geri çəkilməyəcəklər.
Gördüyünüz kimi, MTK məqsədlərinə çatmaq üçün hər vasitəyə əl atır, sakinlərin normal yaşayışına süni əngəllər törədir. MTK və bina sakinləri arasındakı qalmaqalın bitməsinin yeganə yolu isə əlbəttə ki, bina idarəçiliyinin qanunauyğun şəkildə sakinlərin ixtiyarına verilməsidir.
Daha ətraflı sizə təqdim etdiyimiz materiallarda:





Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
İlham Əliyevin iştirakı ilə VII ADA Siyasi Forumu keçirilib
Prezident bu məhkəmələrə sədr və hakimlər təyin etdi (SİYAHI)
Tovuzun İcra Başçısı Məmməd Məmmədovun PLANI: İki kəndi bir-birinə DÜŞMƏN ETDİ
Sakinlər “Sədərək Yusif”ə məxsus olduğu bildirilən MTK-dan şikayət edir: “Bir neçə nəfər stress keçirib və ölüb” -VİDEO
Baba Rzayevin oğlu Mərdəkanda yeni ticarət obyekti tikir –FOTOFAKT
Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR
Xırdalanda evi olanlara BƏD xəbər – Köçsünlər, yoxsa...
Azərbaycanda əsgərliyə gedənlərə xoş xəbər – “Razılıq əsasında ola bilər”
Sabahdan Azərbaycanda bu gömrük rüsumları 100 dəfə artırılacaq
Ramin İsayevin 100 milyonluq SƏRVƏTİ - SİYAHI
Xalçayuma adı ilə dələduzluq edən TUTULDU - FOTO
Zelenski xaricdəki ukraynalılara SƏSLƏNDİ
Azərbaycana Qripə qarşı vaksinlər gətirilib
ƏHMƏD ƏHMƏDZADƏNİN BACISI OĞLU YÜKSƏK VƏZİFƏYƏ GƏTİRİLDİ - Zakir Quliyev Mikayılovun müşaviri, Əli Əsədovun köməkçisinin isə...
Leyla Əliyeva Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub - FOTOLAR
Qaradağın icra başçısı şəhidlərin anım mərasimində iştirak edib - FOTOLAR
Qubada kişinin meyiti həyətdə tapıldı
Cinayətdə şübhəli bilinən 30 nəfər saxlanıldı
“İri Şəhərlərin Su Təchizatı” QSC-yə yeni sədr təyin olundu - Tahir Xəlilov da yola salındı
DEPUTATIN DAHA BİR OĞLU HƏBS EDİLDİ
Dolları olanların NƏZƏRİNƏ!
Ermənistan azan çobanı Azərbaycana qaytarır – Kimliyi açıqlandı
Məktəblərdə "Tiktok"a çıxış məhdudlaşdırılıb
UEFA Konfrans Liqasında II turun oyunları keçiriləcək
Ərdoğanın Əliyevə KRİTİK zəngi – gərginlik bitdimi?
Kapital Bank pensiyaçılara verilən avans üzrə faizləri artırıb
Bakıda güclü qar, şaxta… – Milyonluq hazırlıq başladı
Məleykə Abbasazadə iradları dinləmək istəmir - NƏ BAŞ VERİR?
Mincivanın işğaldan azad olunmasından 6 il ötür
“Məclis.info” saytının rəhbərinə 12 il iş istənilib
Ramiz Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub - VİDEO
Bakıda Avropa İttifaqı-Azərbaycan biznes-forumu işə başlayıb
UEFA Çempionlar Liqası: “Sabah” “Borussiya”ya məğlub olub - VİDEO
Sabah İmişli, Saatlı, Sabirabad və Şirvanın bəzi ərazilərində qaz kəsiləcək
Binəqədidə qanunsuz tikili narazılıq yaratdı – VİDEO
Mədinəyə dronla hücum olunub
Donald Tramp şok iddia irəli sürdü: "Rusiya axmaq bir generala görə Kiyevi tuta bilmədi, yoxsa bir günə müharibə bitərdi"
Bu sürücüləri 800 manat cərimə gözləyir – VİDEO
Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər – ŞƏRTLƏR
Qaxda iki dost məktəbli qıza təcavüz etdi – TƏFƏRRÜAT
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: Ölən var – FOTO
Buzovnada 4 mərtəbəli binada yanğın... - Sakinlər təxliyə edilib
NATO Qara dənizdə Rusiyaya qarşı... - Əlavə qüvvə göndərilir
Bakı-Xırdalan yolu ilə bağlı TƏKLİF
“Bank VTB (Azərbaycan)” əhalini sürətlə borclandırır- istehlak kreditlərində kəskin artım
Bakıda bağçada qida təhlükəsizliyi ilə bağlı nöqsanlar aşkarlanıb
Bakıda 12 manatlıq quldurluq edən şəxslərə AĞIR CƏZA
YAP Mehdiyevi qovdu, İsa Həbibəyli niyə tələsmir?
Zəngəzur dəhlizindən Rusiyaya pay?!
“Kontakt Home”da müştəriyə qüsurlu mal satıldı – FOTO
Qonşuda meymunçiçəyi yayılıb – risk varmı?
Bu gün Bakı metrosu xüsusi rejimdə işləyəcək – SƏBƏB
DİQQƏT: “Kupça”sız evə bu yolla sənəd almaq olar
ABŞ Ukraynanı yarıyolda qoyub: "Təəssüf ki, yerinə yetirilməyən siyasi razılaşmalar var"
Emin Milli Hikmət Hacıyevin qəbulunda olub: “Görüş zamanı..." - FOTO
"Özünü ələ al" müalicə deyil - Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır?
Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Elnarə Abdullayeva nənə oldu - Fotolar
Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər
Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO
Kəmalə Günəşli özündən çıxdı: “Üzünə tüpürüb yola salacağam” – VİDEO
Əməkdar artist Rəşid Mahmudovu cərimələtdi - Məhkəmə prosesi
Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi"
Kilsədə başına xaç düşən keşiş belə öldü – VİDEO