Qurban bayramında qanunsuz tikinti: Səlahiyyətli qurumlar niyə susur?

16-06-2025, 10:34 684 dəfə baxılıb

 

Binəqədi rayonu ərazisində qanunsuz tikintilərin aparılması ilə bağlı mətbuat və sosial platformalarda mütəmadi olaraq xəbərlər yayılır. Lakin bu halların qarşısının alınmaması ictimai narazılığa səbəb olur.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Qurban bayramı günlərində yaranan vəziyyətdən istifadə edən şəxslər növbəti dəfə qanunsuz tikinti işlərinə başlayıblar. Maraqlıdır ki, bu tikintilərə Binəqədi Rayon İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və digər aidiyyəti qurumlar tərəfindən heç bir müdaxilə olunmur.

Hazırda sözügedən qanunsuz tikinti işləri sürətlə davam edir. İcra Hakimiyyətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Sual yaranır: Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Rəşad Qasımov bu prosesdən xəbərdardılarmı?

İctimaiyyət adından gözləntilər odur ki, məsələ araşdırılsın və məsuliyyət daşıyan qurumlar lazımi tədbirlər görsünlər.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031