Xətai rayonunda yenidən qanunsuz tikintiyə hansı məmur icazə verib?

25-07-2025, 11:21 746 dəfə baxılıb

 

Xətai rayonunda növbəti qanunsuz tikinti işləri aparılır.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, Xalq.online-yə daxil olan məlumata görə Xətai rayonu  Məzahir Rüstəmov küç. 2 ünvanında  qanunsuz tikinti işləri aparılır.

Qeyd edək ki, bu tikintinin icazəsi barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında heç bir məlumat yoxdur. Qanunsuz tikinti hansı səlahiyyətli şəxsin icazəsi ilə  həyata keçirilir?

Dövlət Komitəsindən rəsmi icazəsi olmadan aparılan tikinti işlərini Xətai rayon İcra Hakimiyyətinin “razılığı” əsasında aparıldığı iddia olunur. Qanunsuz tikinti ilə bağlı Xətai rayon icra hakimiyyətindən və Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən heç bir açıqlama almaq mümkün olmadı

Məsələ ilə bağlı qurumların mövqeyini dərc etməyə hazırıq.

Qeyd edək ki,2019-cu ildən Xətai rayon icra hakimiyyətinin başçısı Rafiq Quliyevdir.

 

 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031