Qurban Qurbanov: "Belə qələbələr ölkəmizdə futbolu sevdirməyə təkan verir"

17-09-2025, 11:51 140 dəfə baxılıb

 

"Ümumiyyətlə mən həmişə demişəm ki, belə qələbələr ölkəmizdə futbolu sevdirməyə təkan verir".


Yenisirvanli.info.az  xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib


O bildirib ki, futbolçuları ilə belə mübariz oyun göstərdikləri üçün fəxr edir:


"Oyunun ilk dəqiqələrində stres olsa da, sonradan oyunu ələ ala bildik. Azərbaycan tarixində bir ilkə imza atmaq oyunçulara əlavə inam verdi. Klub olaraq bir az böyüdük".


Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində "Qarabağ" Lissabonda "Benfika" üzərində inamlı qələbə qazanıb - 3:2.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031