Ağdamın Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb

31-10-2025, 08:31 138 dəfə baxılıb

 

İşğaldan azad edilmiş ərazilərə növbəti köç karvanı yola salınıb.


Yenisirvanli.info.az  "Report"a istinadən xəbər verir ki, bu mərhələdə Ağdam rayonunun Xıdırlı kəndində məskunlaşacaq keçmiş məcburi köçkünlər - 24 ailə (124 nəfər) paytaxtdan yola düşüblər.


Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.


Onlar, həmçinin, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031