Bu gün hərbi paradda beş mindən çox şəxsi heyət iştirak edib

8-11-2025, 18:28 129 dəfə baxılıb

 

Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar bu gün təşkil edilən hərbi paradda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin beş min nəfər şəxsi heyəti iştirak edib.


Yenisirvanli.info.az  xəbər verir ki, həmçinin parada Türkiyə Respublikası Silahlı Qüvvələrinin 240 nəfər şəxsi heyəti, Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin 120 nəfər şəxsi heyəti qatılıb.


Eyni zamanda, Azərbaycanın 50 aviasiya vasitəsi, beş Türkiyə aviasiya vasitəsi, 39 ədəd xüsusi təyinatlı avtomobil texnikası və silah sistemi, 53 ədəd hava hücumundan müdafiə vasitəsi, 63 ədəd raket-artilleriya silahları, eləcə də 12 gəmi paradda nümayiş üçün cəlb olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031