Zakir Həsənov Türkiyəyə başsağlığı verib

11-11-2025, 18:14 127 dəfə baxılıb

 

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı verib.


Yenisirvanli.info.az  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.


Başsağlığında deyilir:


"Azərbaycandan Türkiyəyə yola düşən "C-130" hərbi yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması xəbəri məni dərindən kədərləndirdi.


Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.


Allah rəhmət eləsin".


Qeyd edək ki, bu gün Azərbaycandan havaya qalxan Türkiyəyə məxsus "C-130" hərbi yük təyyarəsi Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031