Azərbaycan və Türkiyə generalları görüşdü - Fotolar

2-12-2025, 13:49 130 dəfə baxılıb


Bakıda “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında 16-cı Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası” Protokolunun müvafiq maddəsinin icrası ilə əlaqədar görüş keçirilib. 


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. 


Nümayəndə heyətlərinə general-leytenantlar Azər Əliyev və Ali Osman Yurdagül rəhbərlik ediblər. Qonaqları ölkəmizdə görməkdən məmnunluğunu ifadə edən general-leytenant A.Əliyev Azərbaycan və Türkiyə arasındakı qardaşlıq və dostluq prinsipi əsasında hərbi sahədə də qurulan əlaqələrin bu gün yüksələn xətlə davam etdiyini bildirib. 


General-leytenant A.O.Yurdagül də öz növbəsində səmimi münasibət və göstərilən diqqətə görə minnətdarlığını bildirib və keçirilən qarşılıqlı görüşlərin hər iki ordu arasında təcrübə mübadiləsinə böyük töhfə verdiyini qeyd edib. 


Görüş əsnasında əməkdaşlıq çərçivəsində hərbi, hərbi-texniki və digər sahələrdə görülən işlərin cari vəziyyətinə toxunulub. Azərbaycan və Türkiyə arasındakı hərbi əlaqələrin perspektivləri, inkişaf istiqamətləri, eləcə də qarşılıqlı maraq doğuran mövzulara dair geniş müzakirələr və fikir mübadiləsi aparılıb.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031