Bizi hər şeyin yaxşı olacağına onlar inandırdılar...

25-12-2025, 08:19 122 dəfə baxılıb

 

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Embraer 190” tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bir il ötür.


“Yenisirvanli.info.az”ın məlumatına görə, qəza zamanı təyyarədə 5 ekipaj üzvü, 62 sərnişin olub.


Sərnişinlərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.


Bu qədər sərnişinin xilas olmasında ekipaj üzvlərinin də böyük əməyi olub.


İqor Kşnyakin – kapitan (pilot), Aleksandr Kalyaninov – ikinci pilot və Hökümə Əliyeva – baş stüardessa faciəvi qəzada böyük şücaət göstərərək həlak olublar.Hər üçü ölümündən sonra Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Milli Qəhrəman adı ilə təltif olunublar.


Təyyarənin sağ qalan digər ekipaj üzvləri Əsədov Zülfiqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızı 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər.


İlkin araşdırma nəticələrinə əsasən, təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın “Pantsir-S” HHM sistemi tərəfindən hücuma məruz qalıb.


2025-ci il oktyabrın 9-da Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşü baş tutub. Rusiya Prezidenti görüşdə istintaqın başa çatmaq üzrə olduğunu bildirərək Rusiya tərəfindən kompensasiya üzrə hər şey ediləcəyini və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcəyini qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031