Zelenski yenidən Trampla görüşəcək

4-01-2026, 09:24 130 dəfə baxılıb

 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla sülh planını müzakirə etmək üçün yanvar ayının sonunda yeni görüş keçirəcək.


Yenisirvanli.info.az "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı açıqlama verib.


O bildirib ki, Ukrayna nümayəndə heyəti Avropaya səfər edəcək.


"Bundan sonra liderlərin görüşü olacaq və təhlükəsizlik sənədləri təsdiqlənəcək. Liderlər bir çox müxtəlif məsələləri müzakirə edəcəklər, lakin diqqət təhlükəsizlik zəmanətləri və yenidənqurmaya yönələcək", - Zelenski bildirib.


Prezident əlavə edib ki, bu görüşlər Parisdə keçiriləcək.


Xatırladaq ki, ötən il dekabrın 28-də Ukrayna və ABŞ prezidentləri Floridada görüşüblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031