Tramp: "Putin dedi ki, müharibəni həll etdiyinizə inana bilmirəm"

21-01-2026, 09:27 310 dəfə baxılıb

 

ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişənin başa çatdırılmasına töhfə verdiyini bildirib.


Yenisirvanli.info.az  xəbər verir ki, o, bu fikirləri Ağ Evdə keçirilən brifinqdə çıxış edərkən deyib.


Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin bu nəticəyə təəccübləndiyini ifadə edib.


"Putin mənə dedi ki, bu müharibəni həll etdiyinizə inana bilmirəm", - deyə Tramp bildirib və əlavə edib ki, Moskva bu məsələ üzərində illərlə işləsə də, nəticə əldə edə bilməyib.


ABŞ Prezidenti qeyd edib ki, hər iki ölkənin liderlərini Oval kabinetdə qəbul edib. Onun sözlərinə görə, danışıqlar konstruktiv məcrada keçib və barışıq ruhunda yekunlaşıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031