İlham Əliyev Fərman imzaladı

9-02-2026, 17:00 525 dəfə baxılıb

 

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Latviya Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.


“Yenisirvanli.info.az” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.


Fərmana əsasən, 2025-ci il dekabrın 4-də Riqa şəhərində imzalanmış “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Latviya Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.


Saziş qüvvəyə mindikdən sonra Səhiyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.


Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Latviya Hökumətinə bildiriş göndərməlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031