Prezidentlə xanımı Efiopiyanın Baş nazirini qarşıladı

27-02-2026, 10:17 754 dəfə baxılıb

 

Bu gün Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin rəsmi qarşılanma mərasimi olub.


“Yenisirvanli.info.az” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Efiopiyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.


Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Efiopiyanın Baş naziri Abiy Əhməd Əlini və birinci xanım Zinaş Tayaçevi qarşılayıblar.


Fəxri qarovul dəstəsinin rəisi Efiopiyanın Baş nazirinə raport verib.


Efiopiyanın və Azərbaycanın Dövlət himnləri səsləndirilib.


Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin qarşısından keçib.


Sonda rəsmi foto çəkdirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930