DSMF-nin müdiri piyadanı vurub öldürdü – FOTO

9-03-2025, 11:42 260 dəfə baxılıb

 

Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin müdiri qəza törədib.

Yenisirvanli.İnfo.Az lent.az-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Qax-Zaqatala avtomobil yolunun Qax rayonu Ləkit kəndi ərazisindən keçən hissəsində baş verib.

Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin müdiri Turan Əsədovun idarə etdiyi “Azsamand” markalı, 62 AA 008 dövlət nömrə nişanlı minik avtomobili 53 yaşlı Natiq Tofiq oğlu Həsənovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031