Prezidentin vəzifə verdiyi Cavid Vəliyev kimdir? – DOSYE

10-03-2025, 18:00 456 dəfə baxılıb

 

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Cavid Vəliyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü təyin edilib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki,Cavid Vəliyevin dosyesini təqdim edir.

C.Vəliyev 1979-cu ildə Sumqayıt şəhərində anadan olub. 1998-2002-ci illərdə Türkiyənin Ege Universitetində jurnalistika üzrə bakalavr təhsili alıb. Qazi Universitetinin Beynəlxalq münasibətlər fakültəsində magistr,  Ankara Universiteti Beynəlxalq münasibətlər fakültəsində doktorantura dərəcələrinə yiyələnib.

O, 2005-2009-cu illərdə Türkiyə Milli Təhlükəsizlik Strateji Araşdırmalar Mərkəzi (TUSAM), 2009-2019-cu illər arasında Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində çalışıb.

C.Vəliyev Türkiyənin “Hurriyetdailynews” (İngilis), “Yeni Şafak”, “Cümhuriyyət” qəzetlərində, “Anadolu” Agentliyində, ABŞ-də nəşr olunan “Eurasia Daily Monitor”, “National Interest” və Avropada nəşr olunan “Modern Diplomacy” kimi jurnallarda Cənubi Qafqaz, Azərbaycanın xarici siyasəti və Ermənistan-Azərbaycan münaqişəsi haqqında 200-dən çox qısa məqalənin müəllifidir.Tia.az saytı

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031