Prezident millimizi qələbə münasibətilə təbrik etdi

5-06-2026, 10:22 1 539 dəfə baxılıb


Prezident İlham Əliyev Azərbaycan minifutbol millisini Avropa çempionu olması münasibətilə təbrik edib.


“Yenisirvanli.info.az” xəbər verir ki, dövlət başçısının sosial şəbəkə hesablarındakı paylaşımda deyilir:


“2022-ci ildə Avropa çempionu, 2025-ci ildə dünya çempionu olmuş Azərbaycan minifutbol millisi ölkəmizin idman tarixinə daha bir parlaq səhifə yazaraq növbəti dəfə Avropa çempionu oldu. Bu qələbənin komanda idman növündə qazanılması ikiqat sevindiricidir.


Komandamızı bu möhtəşəm qələbə münasibətilə səmimi-qəlbdən təbrik edir, millimizə yeni-yeni uğurlar arzulayıram.


Yaşasın Azərbaycan!”

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930