Ermənistanda parlament seçkiləri keçirilir

7-06-2026, 09:12 1 567 dəfə baxılıb

 

Ermənistanda parlament seçkiləri ilə əlaqədar səsvermə prosesinə start verilib.


“Yenisirvanli.info.az”ın məlumatına görə, ölkə üzrə seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılıb.


Səsvermə axşam saat 20:00-dək davam edəcək, bundan sonra səslərin sayılmasına başlanılacaq.


Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinin məlumatına əsasən, seçkilərdə 2 milyon 489 min 31 vətəndaşın səsvermə hüququ var.


Parlament seçkilərinin keçirilməsi üçün ölkə ərazisində ümumilikdə 2005 seçki məntəqəsi fəaliyyət göstərir.


Seçki prosesini izləmək üçün 71 media qurumu akkreditasiyadan keçib. Bundan əlavə, seçkiləri 13 yerli və 8 beynəlxalq müşahidə missiyası izləyir.


Parlament seçkilərində iştirak etmək üçün 18 siyasi qüvvə – 16 partiya və 2 siyasi ittifaq qeydiyyatdan keçib.


Qeyd edək ki, əvvəlcə seçkilərdə iştirak etmək üçün qeydiyyata alınan Alyans Partiyası sonradan namizədliyini geri götürərək, Mərkəzi Seçki Komissiyasına müraciət edib. Komissiya partiyanın qeydiyyatının ləğvi ilə bağlı müraciətini təsdiqləyib.


Seçkilərin nəticələrinin səsvermə başa çatdıqdan sonra mərhələli şəkildə açıqlanacağı gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031