Emin Əmrullayev məzunları təbrik etdi

Bu gün, 08:21 1 622 dəfə baxılıb

 

Elm və təhsil naziri Emin Əmrullayev məzunları “Son zəng” münasibətilə təbrik edib.


“Yenisirvanli.info.az” xəbər verir ki, nazirin sosial şəbəkə hesablarındakı paylaşımda deyilir:


“Əziz məzunlar,


Bu gün həyatınızın yeni bir mərhələsi başlayır. Geridə qoyduğunuz məktəb illəri sizə yalnız bilik deyil, həm də dəyərlər və həyatda doğru seçimlər etmək bacarığı qazandırdı. Bu yolda sizə böyük fədakarlıqla yol göstərən dəyərli müəllimlərimizə, övladlarının hər uğur və çətinliyində yanlarında olan əziz valideynlərimizə təşəkkür edirəm.


Müasir və güclü Azərbaycanın gələcəyi sizin bilik, bacarıq və intellektinizdən asılıdır. İnanıram ki, seçəcəyiniz peşədən asılı olmayaraq, hər biriniz ölkəmizin inkişafına dəyərli töhfə verəcəksiniz.


Əziz məzunlar, sizə uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram!”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930