İspaniya dünya çempionudur! - Video-Yenilənib

20-07-2026, 07:10 1 832 dəfə baxılıb

 ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçirilən futbol üzrə dünya çempionatına bu gün yekun vurulacaq.


“Yenisirvanli.info.az” xəbər verir ki, mundialın final oyununda son dünya çempionu Argentina millisi ilə İspaniya yığması qarşılaşacaq.


Nyu-York şəhərindəki “MetLife” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçı sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək.


Qeyd edək ki, ötən gecə üçüncü yer uğrunda görüşdə Fransa millisini 6:4 hesabı ilə məğlub edən İngiltərə yığması bürünc medallara sahib çıxıb.


***


Millilərin start heyətləri açıqlanıb:


Argentina: Emiliano Martines, Qonzalo Montiel, Kristian Romero, Lisandro Martines, Nikolas Talyafiko, Rodriqo De Paul, Aleksis Mak Allister, Entso Fernandes, Niko Qonsales, Lionel Messi, Julian Alvares.


İspaniya: Unai Simon, Pedro Porro, Pao Kubarsi, Aymerik Laport, Mark Kukurelya, Rodri, Fabian Ruis, Lamin Yamal, Dani Olmo, Aleks Baena, Mikel Oyarzabal.


***


Matç başa çatdı. İspaniya ikinci dəfə dünya çempionu oldu. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031