Kürdə batan 17 yaşlı qız kikboksinq üzrə Azərbaycan çempionuymuş

10-08-2026, 10:39 145 dəfə baxılıb

 

Samuxda 17 yaşlı qızın suda boğulmasının bəzi təfərrüatları məlum olub.

Yenisirvanli.İnfo.Az bildirir ki, suda batan 2009-cu il təvəllüdlü Gülnaz Məmmədova Kür çayına ailəsi ilə birlikdə istirahətə gedibmiş.

Qızın nənəsi Gülnaz Məmmədova APA-nın yerli bürosuna bildirib ki, hadisə nəvələri suda çiməndə baş verib: “Gözümüz baxa-baxa nəvəm suda birdən yoxa çıxdı. Oğlum, digər nəvəm dalınca getdi, tapa bilmədi. Keçən dəfə də gəlmişdik. Həmişə üzürdü. Gülnaz elə bilib ki, qardaşı boğulur, onun dalınca suya girdi”.

Nənəsi onu da bildirib ki, nəvəsi idmançıdır, bir neçə yarışın qalibi olub.

O, Gülnazın bu il 11 ci sinfi bitirdiyini də deyib.

Qeyd edək ki, Samux təmsilçisi Gülnaz Məmmədova kikboksinq idman növü ilə məşğul olub.

Sonuncu dəfə Gəncədə keçirilən Kikboksinq üzrə XXX Azərbaycan birinciliyində qızıl medal qazanıb.

Yenisirvanli.İnfo.Az 









Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930