Samuxda kütləvi zəhərlənmə olub

13-08-2026, 09:57 77 dəfə baxılıb

 

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib.

Yenisirvanli.İnfo.Az bildirir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.

İlkin məlumata görə, 5 nəfər Gəncə Abbas Səhhət adına Birləşmiş Xəstəxananın infeksion xəstəliklər bölməsinə yerləşdirilib. Həmin şəxslərin ət məhsulundan zəhərləndiyi ehtimal olunur. Onlar Kəlbəcər, Daşkəsən və Gəncə şəhər sakinlərdir. Xəstəxanaya yerləşdirilən şəxslər 1984-cü il təvəllüdlü Seymur Əliyev, 1986-cı il təvəllüdlü Elçin Cabbarov, 1975-ci il təvəllüdlü Mehriban Orucova, 1980-ci il təvəllüdlü Azər Allahverdiyev, 1976-cı il təvəllüdlü Məlahət Allahverdiyevadır.

Faktla bağlı araşdırmalara başlanılıb.


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930