TƏCİLİ! Gürcüstan-Rusiya sərhədində ŞOK YAŞANIR - İnsanlar QORXUDA

14-08-2026, 10:01 65 dəfə baxılıb

Rusiya və Gürcüstan arasındakı nəqliyyat əlaqəsini təmin edən strateji magistralda fövqəladə vəziyyət yaranıb. Təbii fəlakət təhlükəsi səbəbindən hərəkətin qəfil dayandırılması minə yaxın vətəndaşın yollarda qalmasına səbəb olub.

Yenisirvanli.İnfo.Az bildirir ki, qadağa ölkələrarası yeganə quru yolu olan məntəqədə tətbiq edilib. Yaranmış risklər üzündən nəqliyyat vasitələrinin hər iki istiqamətə – nə Gürcüstana, nə də geriyə keçidinə icazə verilmir. Ərazidən keçən sürücülərin verdiyi məlumata görə, postlara çatmamış polis və aidiyyəti qurumlar maşınları saxlayaraq irəliyə getməyin həyati təhlükə daşıdığını bildirirlər. Çünki dağlıq zonada quraşdırılmış xüsusi sensorlar uçqun və qar-buz qopması təhlükəsinin real olduğunu qeydə alıb. Bunun ardınca sərhədin hər iki istiqamətində kilometrlərlə uzanan nəqliyyat sıxlığı və uzun tıxaclar əmələ gəlib.

Təhlükənin miqyası bununla bitməyib, Gürcüstan tərəfində yerləşən “Dariali” gömrük-keçid məntəqəsində də vəziyyət gərginləşib. Devdorak dərəsində quraşdırılmış avtomatik erkən xəbərdarlıq sistemi dərhal həyəcan siqnalı verib. Buna səbəb Terek çayında suyun səviyyəsinin qəfil dəyişməsi olub. Təhlükəsizlik protokoluna uyğun olaraq, dərhal məntəqənin şəxsi heyəti və orada olan mülki şəxslər təcili şəkildə təhlükəsiz əraziyə təxliyə ediliblər. Hazırda mütəxəssislər vəziyyəti izləyirlər və yolların nə zaman açılacağı hələ ki naməlum qalır.


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930