Azərbaycanda bu kəndlə əlaqə kəsildi - FOTO

14-08-2026, 10:44 206 dəfə baxılıb

 

Tovuzda güclü yağışdan sonra gələn sel fəsadlar törədib.
Yenisirvanli.İnfo.Az APA-ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində baş verib.
Güclü sel Zəyəm çayının üzərində yerləşən avtomobil körpüsünü dağıdıb. Nəticədə İsəkənd kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
İlkin məlumata görə, selin körpünü dağıtması zamanı xəsarət alan olmayıb.
Qeyd edək ki, bu gün yağan güclü yağışdan sonra Zəyəm çayında selin səviyyəsi kəskin yüksəlib. Hazırda qərb bölgəsinin ucqar rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür.
BakuPost






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930