Hava limanında saxlanılan "By Ella" ləqəbli bloger həbs edildi - FOTO

19-08-2026, 10:25 338 dəfə baxılıb

 

Sosial şəbəkələrdə "By Ella" ləqəbi ilə tanınan bloger hava limanında saxlanılıb. 
 
Yenisirvanli.İnfo.Az "Unikal"a istinadla xəbər verir ki, Məmmədova Lalə İlham qızı məhkəmə qarşısına çıxarılıb. 
 
Ona qarşı Cinayət Məcəlləsinin  206.2-ci (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) maddəsi ilə ittiham irəli sürülüb. 
 
Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Lalə Məmmədova barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. 
 
Qeyd edək ki, əgər onun bu əməli sübuta yetirilərsə xanım blogeri əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.
Foto açıq mənbədən - Lalə Məmmədovanın Instagram hesabından götürülüb.
Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031