Şəhid övladından böyük uğur – Foto

20-08-2026, 09:20 287 dəfə baxılıb

 

“Aprel” şəhidi, baş leytenant Mirzə Novruzovun oğlu Nihad Novruzov dünyanın nüfuzlu universitetlərindən birinə qəbul olub.

Yenisirvanli.İnfo.Az bildirir ki, Nihad Novruzov Çinin nüfuzlu Şimal-Qərb Politexnik Universitetinə 100% təqaüdlə qəbul olunub.

Dünyanın top-250 universitetləri sırasına daxil olan NPU-da “Materialşünaslıq və mühəndislik” (Materials Science and Engineering) ixtisası üzrə təhsil alacaq N.Novruzov yüksək akademik göstəricilərinə görə 100% təqaüd proqramına (tam təhsil haqqı və aylıq təqaüd) layiq görülüb.

O, həmçinin Çjetszyan Texnologiya Universiteti, Harbin Texnologiya İnstitutu, ADA Universiteti, Debrecen Universiteti və Edinburq Universiteti kimi nüfuzlu ali təhsil müəssisələrindən də qəbul təklifləri alıb.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930