Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib

20-08-2026, 09:30 112 dəfə baxılıb

 

Müəllimlərin əməkhaqqısı ilə bağlı etirazlar yayılan Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib.

Yenisirvanli.İnfo.Az bildirir ki, APA-nın yerli bürosunun məlumatına görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecə Xudiyeva Xoşqədəm Vidadi qızı vəzifəsindən azad edilib.

Kollecin direktoru vəzifəsinin icrası Nigar Səfxanovaya həlavə edilib.

Nigar Səfxanova bu təyinata qədər Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsini icra edib. O bu illin yanvarında Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin müəllimləri əmək müqavilələrinin şərtlərinin dəyişdirilməsinə görə etiraz edirdilər.


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930