Binəqədinin icra başçısına qarşı 200 minlik rüşvət iddiası və jurnalistlə başçı arasında maraqlı söhbət

21-08-2026, 11:45 10 008 dəfə baxılıb

 

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Ramil Abasovu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi vəzifəsinə təyin etmək üçün ondan 200 min manat rüşvət aldığı iddia edilir

Yenisirvanli.İnfo.Az bildirir ki, manset.az portalı Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi vəzifəsinə təyin edilən Ramil Abasovla bağlı sensasion iddia yayılıb.

Portal qeyd edir ki, Ramil Abasovun gözlənilmədən bu vəzifəyə gətirilməsi rayonun vəzifəli şəxsləri arasında şok effekti yaradıb. Ramil Abasov bundan əvvəl Rayon İcra Hakimiyyətində qanunsuz tikintilərə qeyri-rəsmi nəzarət edib. Onun rəsmi vəzifəsinin sürücü olduğu bildirilir. Daha sonra icra başçısı ilə yaxın münasibətlərinə görə Xocəsən qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsinə təyin edilib.

Bildirilir ki, manset.az-ın əldə etdiyi sensasion məlumata görə, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Ramil Abasovu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi vəzifəsinə təyin etmək üçün ondan 200 min manat rüşvət aldığı iddia edilir. Bununla bağlı məlumat Binəqədidə çalışan vəzifəli şəxslər arasında artıq müzakirə mövzusuna çevrilib. İddiaya görə, Ramil Abasov təyinatı ilə bağlı keçirilən məclislərin birində bu barədə məlumatı ağzından qaçırıb.

Manset.az-ın baş redaktoru Əli Vəliyev cəmiyyətdə ciddi müzakirələrə səbəb ola biləcək iddia ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevlə əlaqə saxlayıb.

Başçı 200 minlik rüşvət iddiası ilə bağlı sualı dinləsə də, məlumatı təkzib etməyib. Əvəzində jurnalisti Binəqədi Rayon İcra Hakimiyyətinə görüşə dəvət edib.

Qeyd edək ki, son günlər Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev qalmaqallarla gündəmdədir. O, bu günlərdə Müdafiə Nazirliyinin yüksək rütbəli hərbçisinin bütün sənədləri qaydasında olan evini qanunsuz olaraq sökdürüb. Bundan əlavə, icra başçısı ötən həftə rayon ərazisində vətəndaş qəbulu zamanı rayonda çalışan süpürgəçiləri yığdıraraq onları qəsəbə sakini kimi təqdim etmişdi. Bu xəbər də qalmaqal yaratmışdır.


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930