Qəbələnin icra başçısı Səbuhi Abdullayevin atası Bakıda qanlı insident törətdi - FOTO

29-08-2026, 10:16 167 dəfə baxılıb

 

Avqustun 26-sı, saat 18:00 radələrində Bakı şəhəri, Azadlıq prospekti 149 ünvanında yerləşən çayxanada insident baş verib. Məlumata görə, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin atası Məhəmməd Abdullayev Aqil adlı şəxsin baş nahiyəsinə küt alətlə zərbə endirib.

32gun.az bildirir ki, bu barədə jurnalist Samir Feyruzov özünün sosial hesabında yazıb.

Jurnalist yazır ki, nəticədə Aqilin başı yarılıb, onu xəstəxanaya yerləşdiriblər.

"Məhəmməd Abdullayevin icra başçısının atası olub-olmadığını öyrənmək üçün Səbuhi Abdullayev özü ilə əlaqə saxladıq. O, məsələni nə təsdiq, nə də təkzib etdi. Məlumatlı mənbənin bildirdiyinə görə, icra başçısının atası Məhəmməd Allahverdiyev tikinti-biznes sektorunda fəaliyyət göstərir, müxtəlif dizaynlı evlər tikir və satışını həyata keçirir. Onun adının daha əvvəl də müxtəlif mübahisəli məsələlərdə hallandığını iddia olunur. İnsidentin başvermə səbəbləri ilə bağlı əldə etdiyimiz məlumata görə, hadisədən bir müddət əvvəl Məhəmməd Allahverdiyev Aqil adlı şəxsi başqa bir adamla tanış edib. Onlar arasında alış-veriş olub. Bundan bir müddət sonra isə tərəflər arasında mübahisə yaranıb. Mübahisənin gedişində Məhəmməd Allahverdiyevin Aqilin baş nahiyəsinə küt alətlə zərbə endirib".muxalifet.az







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930