Azərbaycanda ''turizm kəndləri'' yaradılır

31-08-2026, 10:03 241 dəfə baxılıb

 

Yenisirvanli.İnfo.Az Xəzər TV-yə istinadən bildirir ki, dağ kəndlərindən cənub bölgəsinə qədər bir sıra yaşayış məntəqələrinin turizm imkanlarının daha sistemli şəkildə qiymətləndirilməsi nəzərdə tutulur.

Hazırda, Qusarın Laza, Qubanın Qrız, Qəbələnin Duruca, Qaxın İlisu və Sarıbaş, İsmayıllının  İvanovka, Lerikin Bibiyani və Astara rayonun Sim kəndlərini əhatə edən "turistik kənd" layihəsi həyata keçirilir.

Mütəxəssislərin fikrincə, belə ərazilərin turizm dövriyyəsinə daha aktiv qoşulması həm yerli biznes, həm də kənd sakinləri üçün yeni gəlir imkanları yarada bilər.

Amma, dəyişiklik yalnız turizm obyektləri və xidmət sahələri ilə məhdudlaşmaya bilər. Turistlərin üstünlük verdiyi kəndlərdə yerləşmə vasitələrinə tələbin artması əmlak bazarında da qiymətlərini də canlandıra bilər. Xüsusilə mənzərəli ərazilərdə yerləşən fərdi evlər, torpaq sahələri və kirayəyə yararlı obyektlərin qiymətində də artım istisina edilmir.

Beləliklə, "turizm kəndi" konsepsiyasının əsas hədəfi kəndləri turistlər üçün cəlbedici məkana çevirməklə yanaşı, həmin ərazilərdə iqtisadi fəallığı da artırmaqdır.

Ekspertlər deyirlər ki, turist sayının artması bu kəndlərdə həm xidmət sektoruna, həm də əmlak bazarına marağı daha da gücləndirə bilər.

Daha ətraflı videomaterialı təqdim edirik.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930