Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbul üçün ixtisas seçimi nə vaxt başa çatacaq?

1-09-2026, 10:48 76 dəfə baxılıb

 

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə, həmçinin tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi davam edir.

 

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, ixtisas seçimi sentyabrın 2-si saat 23:59-dək aparılacaq.

 

İxtisas seçmək hüququ olan abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçərək onları “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədikləri ardıcıllıqla daxil edib təsdiqləməlidirlər.

 

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci nömrəsində, orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisaslarının siyahısı isə jurnalın 5-ci nömrəsində dərc olunub.

 

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul müsabiqəsində iştirak etmək üçün abituriyentlərin buraxılış (qəbul)

 imtahanında azı 50 bal toplaması, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə isə minimum 10 bal toplaması tələb olunur. Xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir.

 

“Abituriyent” jurnallarının elektron versiyalarını (PDF formatında) abiturient.az saytından əldə etmək mümkündür.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930