Gəncədə parkda 12 ağac niyə kəsilib?

1-09-2026, 10:52 10 001 dəfə baxılıb


 

“Gəncə şəhərinin Fikrət Əmirov Parkında ağaclar mişarla məhv edilir”. 

Bu barədə “Qafqazinfo”ya Gəncə şəhər sakini Ofeliya Davudqızı müraciət edib. 

Vətəndaşın iddialarına görə, parkın müxtəlif hissələrində 12 ağac kəsilib: “Müvafiq qurumlara müraciət etsək də, buna göz yumulur. Diqqətçəkən məqam odur ki, ərazidə əsasən yaşıl və sağlam ağaclar kəsilib. Bu isə ictimaiyyətdə ciddi suallar doğurur”.

Şikayətçi qeyd edib ki, bunun hansı əsasla həyata keçirildiyi məlum deyil: “Ekologiyanın qorunmasının prioritet elan olunduğu bir dövrdə Gəncə şəhərində ən böyük parkın ərazisində yaşıllıqların bu şəkildə məhv edilməsi narahatlıq doğurur. Hadisənin hansı əsasla həyata keçirildiyi, ağacların kəsilməsi üçün müvafiq icazənin olub-olmaması isə bəlli deyil”. 

Məsələ ilə bağlı Gəncə Şəhər  İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan cavab olaraq bildirildi ki, 
ərazidən götürülən ağaclar bioloji inkişafını başa vurub: 
“Ağacların götürülməsi müvafiq qurumun icazəsi əsasında həyata keçirilib. Eyni zamanda, ərazinin yaşıllaşdırılması istiqamətində işlər davam etdirilərək mövsümündə yeni ağaclar əkiləcək”.

Fidan Etibar 










Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930