Tbilisi-Bakı qatarına saxta bilet satışı ilə bağlı - Xəbərdarlıq

3-09-2026, 09:10 322 dəfə baxılıb

 

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Tbilisi-Bakı qatarına saxta bilet satışı ilə bağlı məlumat yayıb.

Yenisirvanli.İnfo.Az bildirir ki, məlumatda deyilir:

“Son günlər ADY-yə vətəndaşlardan bu marşrutla səfərlərə saxta biletlərin satışı ilə bağlı müraciətlər daxil olur. Bəzi turizm şirkətləri və sosial şəbəkə hesabları mövcud olmayan yerlər üzrə sərnişinlərə saxta biletlər təqdim edir. 

Bununla bağlı hüquq-mühafizə orqanlarına tərəfimizdən müvafiq qaydada müraciət olunur, araşdırma aparılır, sui-istifadə hallarının qarşısı mütəmadi qaydada alınır, saxtakarlıq edən şəxslər və səhifələrin müəyyən edilərək hüquqi qaydada cəzalandırılması təmin edilir.

Bir daha bildiririk ki, ADY bu marşrut üzrə heç bir turizm şirkəti və ya vasitəçi ilə əməkdaşlıq etmir və bilet kvotası ayırmır.

Biletləri yalnız ADY-nin rəsmi saytı, “ADY Mobile” tətbiqi, dəmiryol kassaları vasitəsilə əldə etməyi tövsiyə edirik”.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031