Əcnəbi vətəndaşların Gürcüstandan kütləvi deportasiyası davam edir

3-09-2026, 10:23 238 dəfə baxılıb

 

Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlər ərzində 93 xarici ölkə vətəndaşını Gürcüstandan deportasiya edib.

Yenisirvanli.İnfo.Az bildirir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, deportasiya tədbirləri nazirliyin müvafiq bölmələri ilə sıx koordinasiya şəraitində həyata keçirilib. Məlumata əsasən, ölkədən deportasiya edilən şəxslər Hindistan, İordaniya, Rusiya, Kuba, Türkmənistan, Azərbaycan, İraq, Türkiyə, Kamerun, Nigeriya, Banqladeş, Benin, Efiopiya, Misir, Yamayka, Sudan, Əlcəzair və digər ölkələrin vətəndaşlarıdır. İstintaq zamanı müəyyən edilib ki, saxlanılan şəxslər “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanuna əsasən ölkədə qanuni əsas olmadan qalıblar.
Nazirlik onu da bildirib ki, qüvvədə olan qanunvericiliyə əsasən həmin şəxslərin Gürcüstana girişi qadağan edilib. 

Təəssüf ki, deport edilənlər arasında Azərbaycan vətəndaşları da var.

Lakin nazirlik onların Gürcüstanda olma və qanunları pozma səbəbini konkret göstərməyib.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031