"Formula 1": Azərbaycan Qran-prisinin qalibi bu gün bəlli olacaq

26-09-2026, 10:36 47 dəfə baxılıb

 

"Formula 1" üzrə Azərbaycan Qran-prisinə bu gün yekun vurulacaq.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, ilk olaraq "Formula 2"də ikinci əsas yarış keçiriləcək.

Sonra "Formula 1"də qalibin adına aydınlıq gələcək.

Beləliklə, Bakıdakı Qran-priyə yekun vurulacaq.

Qeyd edək ki, ötən gün "Formula 2"də "Dams Lukas Oil" komandasından Dino Beqanoviç sprint, "Rodin Motorsport"dan Aleks Dann birinci əsas yarışın qalibi olub.

"Formula 1"də isə "Mersedes" pilotu Corc Rassell sıralama turunda ən yaxşı nəticəni göstərmişdi.

Azərbaycan Qran-prisinədək "Mersedes"in italiyalı pilotu Andrea Kimi Antonelli 292 xalla liderdir. Onun Böyük Britaniyadan olan komanda yoldaşı Corc Rassell (211 xal) ikinci, "Ferrari"dən Lüis Hemilton (191 xal) üçüncüdür.

Konstruktorlar Kubokunda da "Mersedes" liderdir - 503 xal. "Ferrari" ikinci (358 xal), "Maklaren" (306 xal) üçüncü pillədə qərarlaşıb.

Azərbaycan Qran-prisində son günün proqramı:

26 sentyabr

11:00. "Formula 2": İkinci əsas yarış
15:00. "Formula 1": Əsas yarış.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031