“Referans”ın həkimləri qızımı öldürdü – 19 yaşlı Fidanın atasından ağır ittihamlar

26-09-2026, 10:40 10 006 dəfə baxılıb

 Azərbaycan-Fransız Universitetinin (UFAZ) 3-cü kurs tələbəsi, 19 yaşlı Fidan Abbaslının ölümü ilə bağlı atası Kamil Abbasov ağır ittihamlarla çıxış edib.

Yenisirvanli.İnfo.Az "Bakupost" xəbər verir ki, Kamil Abbasov “Referans” Endokrin və Cərrahi Mərkəzinin həkimləri Amil Əliyev və Vidadi Kəbirlinin fotolarını yayımlayaraq onları qızının ölümündə günahlandırıb.
O, 19 yaşlı Fidanın “həkimlərin səhlənkarlığının qurbanına çevrildiyini” bildirib və məlumatın maksimum şəkildə yayılmasını istəyib.
Məlumata görə, Fidan Abbaslı bir müddət əvvəl rinoplastika əməliyyatı keçirib. İddialara əsasən, əməliyyat zamanı onun vəziyyəti qəfil ağırlaşıb və gənc qız şok vəziyyətinə düşüb. Həmçinin həmin anda klinikada zəruri şokəleyhinə preparatın olmadığı iddia edilir.
Qeyd edək ki, Fidan Abbaslı sentyabrın 21-də vəfat edib. O, UFAZ-ın kompüter elmləri ixtisası üzrə III kurs tələbəsi olub.
Fidan Dəyanət Liseyinin məzunu idi. Atası Kamil Abbasovun da həmin liseydə kimya-biologiya müəllimidir.
Hazırda faktla bağlı araşdırma aparılır.
Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031