Sabiq nazir qardaşı oğlunu bu vəzifədən azad etdi

28-09-2026, 11:20 52 dəfə baxılıb

 

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus “İmprotex Group”a daxil şirkətlərdən biri - “İmprotex İndustries” MMC-nin rəhbəri dəyişib.

Yenisirvanli.İnfo.Az Yurd.Media-ya istinadən xəbər verir ki, Ruslan Ələkbərov şirkətin qanuni təmsilçisi vəzifəsindən azad olunub. O, F.Ələkbərovun qardaşı Nizami Ələkbərovun oğludur. R.Ələkbərovun yerinə Anar Mustafayev təyin edilib.

A.Mustafayev bu təyinatadək şirkətlər qrupuna daxil “İmprotex Trucks and Buses” șirkətinin direktor müavini vəzifəsində çalışıb və hazırda paralel olaraq bu şirkətin də qanuni təmsilçisidir.

Xatırladaq ki, “İmprotex” şirkətlər qrupu 1991-ci ildə yaradılıb. Şirkətlər qrupuna “İmprotex Trucks & Buses”, “İmprotex Industries”, “İmprotex Motors” və “İmagro” kimi törəmə şirkətlər daxildir.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031