Ukrayna müharibəsində daha bir azərbaycanlı

1-10-2026, 11:02 209 dəfə baxılıb

 

Ukraynanın paytaxtı Kiyevdə dron hücumu zamanı daha bir azərbaycanlı həlak olub.

Mətbuatda yer alan məlumata görə, vəfat edən şəxs Lənkəran rayonunun Gərmətük qəsəbəsindən olan Aşur Əkbərovdur.

1951-ci ilin oktyabrında anadan olan Əkbərov Aşur Bəhlul oğlu 30 ildən artıqdır Kiyevdə yaşayıb və Ukrayna vətəndaşı olub.

Məlumata görə, o, səhər saatlarında şəxsi avtomobili ilə işə gedərkən dron hücumuna məruz qalıb və hadisə yerində həyatını itirib.

A.Əkbərovun oktyabrın 13-ü 75 yaşı tamam olacaqdı. Hazırda onun nəşinin Azərbaycana gətirişməsi təmin olunur.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031