Ermənistanda saxlanılan əsgərimiz HƏBS OLUNDU

3-10-2026, 09:00 64 dəfə baxılıb

 

Ermənistanda saxlanılan Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayev həbs edilib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Ermənistan mediasının xəbərinə görə, məhkəmə istintaqın vəsatətini təmin edib, Nəsimi Musayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, ötən gün Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, Azərbaycan Respublikasının Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Musayev Nəsimi Rasim oğlunun itkin düşməsi barədə məlumatlar yayılıb. Bildirilib ki, 26 sentyabr 2026-cı il tarixində Nəsimi Musayevin xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılıb, Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qüvvələri tərəfindən zəruri axtarış tədbirləri həyata keçirilib. Hadisənin hallarının araşdırılması məqsədilə Hərbi Prokurorluqda müvafiq araşdırma aparılmış və araşdırma nəticəsində Nəsimi Musayevin hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyən edilib.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031