Nazirin xalası oğlu mənimsədiyi pulu dövlətə ödədi

5-10-2026, 10:11 320 dəfə baxılıb

 

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin keçmiş rəhbərlərinin korrupsiya əməlləri ilə bağlı cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Təqsirləndirilən şəxslər hazırda ev dustaqlığındadırlar.

Cinayət işi üzrə ümumilikdə 4 nəfər məsuliyyətə cəlb edilib. Onlardan ikisi kollecin sabiq direktorları Fəxrəddin Zeynalov və İlqar Kubışovdur. Kollecin əməkdaşları Gülnar Bağırzadə və Məlahət Əsgərova da təqsirləndirilən şəxslər sırasındadır.

Təqsirləndirilən İlqar Kubışov mədəniyyət naziri Adil Kərimlinin xalası oğludur.

İttihama əsasən, təqsirləndirilən şəxslər ümumilikdə 360 min manatdan artıq dövlət vəsaitini mənimsəməkdə ittiham olunurlar.

İstintaqla müəyyən edilib ki, dövlət vəsaitinin bir hissəsi ayrı-ayrı şəxslərin adına əmək haqqı yazılması, digər hissəsi isə kollecdə inşaat işlərinin aparılması adı ilə rəsmiləşdirilərək mənimsənilib.

İstintaq dövründə dövlətə dəymiş zərərin bir hissəsi ödənilib. Mədəniyyət naziri Adil Kərimlinin xalası oğlu İlqar Kubışov isə ona münasibətdə hesablanmış maddi zərəri tam ödəyib.

Xatırladaq ki, Gəncə Dövlət Regional Kollecinə 2023-cü ilədək Fəxrəddin Həsənov rəhbərlik edib. O, təqaüdə çıxdıqdan sonra bu vəzifəyə İlqar Kubışov təyin olunub. Kubışov isə cəmi bir il sonra vəzifəsindən azad edilib.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031