Moskvada iş adamının keçmiş arvadı və qızının cəsədləri tapılıb

5-10-2026, 10:12 63 dəfə baxılıb

 

Moskvada biznesmen Mamuka Tseretlinin keçmiş həyat yoldaşı və 19 yaşlı qızının parçalanmış meyitləri aşkarlanıb. Hadisə ilə bağlı Gürcüstan vətəndaşı olan biznesmen saxlanılıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Moskva Prokurorluğunun məlumatına görə, məhkəmə yaxın vaxtlarda prokurorun iştirakı ilə şübhəli barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxacaq. Rusiya mediasının məlumatına əsasən, saxlanılan şəxs 1979-cu il təvəllüdlü Teimuraz Qoqiaşvilidir. Onun Gürcüstan vətəndaşı olduğu bildirilir.

Hadisə oktyabrın 3-də Moskvada yaşayış binalarından birində yerləşən mənzildə baş verib. Mənzildə insan meyitinə aid parçalar aşkarlanıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, qətlə yetirilən qadın 1972-ci il təvəllüdlü biznesmen Elena Tseretlidir. Bundan əlavə, şübhəlinin qarajında qətlə yetirilən biznesmenin 19 yaşlı qızının meyiti aşkarlanıb. Yayılan məlumatlara görə, cinayətin törədilməsində Elena Tseretlinin tərəfdaşının da iştirak etmiş ola biləcəyi ehtimal olunur. Hadisə ilə bağlı araşdırma davam etdirilir.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031