BDU-da BÖYÜK İXTİSARA HAZIRLIQ BAŞLAYB: İşçilər attestasiyadan keçirilir - Xəbərə rəsmi reakisya

8-10-2026, 09:00 214 dəfə baxılıb

 

Bakı Dövlət Universitetində unikal attestasiya prosesinə start verilib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, BDU-dan Mia.az-a bildirilib ki, rektor Elçin Babayevin əmriylə bir neçə vəzifəli şəxsdən ibarət universitetdaxili komissiya yaradılıb: "Bu komissiya dekan müavinlərindən ta labarotoriya müdirlərinə qədər bəzi işçiləri attestasiyadan keçirir. Artıq bir çox işçilər 50 sualla imtahana çəkilib. Cavabları 1-2 ay içində elan olunacaq...".

Məlumatda deyilir ki, bununla da BDU-da yaxın iki aya qədər ixtisarlara start veriləcək: "Böyük ehtimalla ünuniversitetin qapısı uzun müddət açmayan "ölü canlar", o cümlədən universitetə gəlməkdə çətinlik çəkən, lakin böyük məbləğdə maaş və pensiya alan qocaman işçilərdən bəziləri yola salınacaq..." 

BDU-dan attestasiya ilıə bağlı verilən məlumat təsdiqlənib.

Bildirilib ki, Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları" və Əmək Məcəlləsinin 65 və 66-cı maddələrinə müvafiq olaraq, Bakı Dövlət Universitetində inzibati vəzifələrdə çalışan işçilərin attestasiyası keçirilir: "Attestasiyanın məqsədi kadr potensialının qiymətləndirilməsi, işçilərin potensialından səmərəli istifadədir. İşçilərin peşəkarlığı yoxlanılır, onların peşəkar inkişaf ehtiyacları və son dövrlərdəki hazırlıq nəticələri qiymətləndirilir".



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031