Hərbi prokuror Bəhruz Əhmədov Laçında hərbi qulluqçularla görüşüb

19-10-2026, 09:58 105 dəfə baxılıb

 

Hərbi Prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin Laçın rayonunda yerləşən bölmələrində hərbi qulluqçularla görüşüb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Hərbi Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin tarixi əhəmiyyəti vurğulanıb.

Qeyd olunub ki, əldə olunmuş tarixi nailiyyətlərin qorunması, dövlətimizin təhlükəsizliyinin təmin edilməsi və hərbi qüdrətinin daha da möhkəmləndirilməsi Azərbaycan Ordusunun qarşısında duran əsas vəzifələrdəndir.

Görüş zamanı hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığının, hərbi intizamın və qanunçuluğun möhkəmləndirilməsinin, qanunvericiliyin tələblərinə ciddi riayət olunmasının vacibliyi, eləcə də Baş Prokurorun tapşırıq və tövsiyələri diqqətə çatdırılıb.

Həmçinin hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olunub. Hərbi qulluqçular göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər və qarşıya qoyulacaq bütün tapşırıqları vaxtında yerinə yetirməyə qadir olmalarını bildiriblər.

Tədbirin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031