Karantin müddəti niyə uzadıldı? - Deputat səbəbi AÇIQLADI

20-03-2025, 17:01 203 dəfə baxılıb

 

Azərbaycanda xüsusi karantin rejiminin müddəti yenə uzadılıb. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Beləliklə, karantin rejiminin müddəti hələ iyulun 1-dək davam edəcək.

Karantin müddətinin uzadılmasının səbəbi maraqlıdır. Çünki artıq pandemiya çoxdan ləğv edilib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, açıqlamasında Milli Məclisin deputatı Elşad Musayev bildirib ki, karantin müddətinin uzadılmasının əsas səbəbi təhlükəsizliklə bağlıdır:

“Bu məsələnin üzərinə mən də getmişəm. Karantin müddətinin uzadılması təhlükəsizlik məsələsi ilə bağlıdır. Ermənilərlə bizim məsələlərimiz həll olunmayıb. Digər tərəfdən, İran məsələsi, ölkəyə kənardan giriş var.  Əsas məsələ ölkəmizin təhlükəsizliyidir”.

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031