Rusiyada dəhşətli qətl: Qadını parçalayıb cəsədini ərzaq arabasında daşıdı

30-03-2025, 17:55 206 dəfə baxılıb

Sankt-Peterburqda (Rusiya) təqaüdçü kişi yaşlı qadını parçalayıb, sonra onun parçalanmış cəsədini ərzaq arabası ilə evdən çıxarmağa cəhd edib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsinin "Telegram" kanalında məlumat verilib.

Arabanı sürən 78 yaşlı sakini yerli polis əməkdaşı binalardan birinin qarşısında saxlayıb. Məlum olub ki, yaşlı kişi içərisində çantalara yığılmış insan bədəninin hissələrini aparırmış.

"Saxlanılan şəxsin yaşadığı binada yerləşən mənzildə də insan qalıqları aşkar edilib", - məlumatda bildirilir.

Faktla bağlı cinayət işi açılıb.

Məlumata görə, qətlə yetirilən qadın mənzilin 63 yaşlı sahibi olub.

"İlkin məlumata görə, qatil qurbanından mənzil kirayələyib və ona borcu olub. Ev sahibi pulu tələb etməyə gələndə kişi ondan yaxa qurtarmaq qərarına gəlib", - məlumatda qeyd olunub.

Yenisirvanli.İnfo.Az  







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031