Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev həbs olunub

1-04-2025, 18:27 4 dəfə baxılıb

 

Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat daxil olub...


APA xəbər verir ki, bu gün Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı təmin olunub və Hacı Vəliyev barəsində 22 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

***

Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev saxlanılıb.

APA xəbər verir ki, o, barəsində olan cinayət işi ilə əlaqədar saxlanılıb.

İstintaq hərəkətləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev məlumatı APA-ya təsdiqləyib.

APA-nın əldə etdiyi məlumata görə, Hacı Vəliyev əvvəllər barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi üzrə olan cinayət işi ilə bağlı tutulub.

Qeyd edək ki, “Gənc Qazilər Birliyi” adlı QHT dövlət qeydiyyatına alınmayıb. Hacı Vəliyev özünü qanunsuz fəaliyyət göstərən bu təşkilatın "sədr"i kimi təqdim edirdi.

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031