Ağdamda məmura “donuz” deyən şəxs cəzalandırıldı

14-05-2025, 10:18 75 dəfə baxılıb

 

Ağdam rayonunun Quzanlı qəsəbə sakini məhkəmə tərəfindən cərimə edilib.

Yenisirvanli.İnfo.Az Musavat.com-a istinadən xəbər verir ki, 46 yaşlı Xaliq İsmayılov Ağdam Mexaniki Suvarma İdarəsinin vəzifəli şəxsləri barədə dövlət qurumlarına şikayətlər ünvanlayıb.

Xaliq İsmayılov məktublarında İdarənin avtonəqliyyat şöbəsinin rəisi Elşən Orucovu təhqir edərək ona “donuz” deyə müraciət edib.

Bu şikayət məktubu aidiyyəti üzrə İdarəyə də göndərilib. Həmin məktb kollektiv qarşısında oxunub. Elşən Orucov şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçaldıldığını deyərək xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib və X.İsmayılovun cəzalandırılmasını istəyib.

E.Orucov bildirib ki, həmin məktub 400 nəfərlik kollektiv qarşısında oxunub və onun şərəfi alçaldılıb.

Məlum olub ki, Xaliq İsmayılov daha əvvəl adı çəkilən İdarədə işləyirmiş. İşdən çıxarılmasından narazı qalaraq dövlət idarələrinə əvvəlki rəhbərliyi haqda şikayət məktubları yazıb.

X.İsmayılov dindirilən zaman əməlindən peşman olduğunu bildirib. Buna görə də Elşən Orucovdan üzr istəyib.

Məhkəmə Xaliq İsmayılov barəsində 1000 manat cərimə cəzası təyin edib.


 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031