Kadırov Türkiyədə boğulma təhlükəsi ilə ÜZLƏŞDİ – Xəstəxanaya APARILDI

25-07-2025, 10:00 217 dəfə baxılıb

 

Rusiyanın Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov istirahət üçün getdiyi Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda dənizdə boğulma təhlükəsi ilə üzləşib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə “Türkiye” qəzeti məlumat yayıb.

Bildirilir ki, sahil təhlükəsizlik əməkdaşları tərəfindən sahilə çıxarılan Kadırov təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

İddiaya əsasən, dənizə girən Çeçenistan başçısı qəfil çırpınmağa başlayıb. Sahilə çıxarılan Kadırova ilk tibbi yardım elə orada göstərilib.

Məlumata görə, xəstəxanada müalicə edilən Kadırovun sağlıq durumu yaxşıdır. Bir müddət həkim müşahidəsi altında saxlanılan Kadırovun həyatı üçün təhlükə yoxdur.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031