Salyanda çörək sexi yandı

26-08-2025, 10:47 151 dəfə baxılıb

 

Salyan rayonunda çörək sexi yanıb.

 

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, hadisə rayonun Arbatan kəndində baş verib.

 

Belə ki, 1959-cu il təvəllüdlü Feyzullayev Eynulla Səmədağa oğlüna məxsus çörək sexi anidən alovlanıb. Hadisə yerinə FHN-in Salyan Yanğından Mühafizə hissəsinə məxsus yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.

 

Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb və yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Sahibkara xeyli ziyan dəyib.

 

Faktla bağlı araşdırma aparılır.



 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031